Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyə Dəstəyi ilə Muasir Gənclik və Sosial İnkişaf İcitimayi Birliyi 01.06.2024-cü il tarixindən “Gənclər üçün Sosial Sahibkarlıq Məktəbi » mövzusunda layihənin icrasına başayır.
Sosialmedia.az xəbər verir ki, bu barədə Birliyin mətbuat xidmətdən bildirilib. Layihənin əsas məqsədi Regionların Sosial – İqtisadi İnkişafında Sosial Sahibkarlıq məktəbinin yaradılması və gənclər arasında sosial-iqtisadi vəziyyətə, sahibkarlıq, xüsusilə də sosial sahibkarlıq imkanlarına dair monitorinqlərin keçirilməsini, gənc sahibkarlar arasında sosioloji sorğuların aparılması, innovativ təşəbbüsləri və sosial sahibkarlığı nəzərdə tutan biznes təlim sessiyalarının keçirilməsi, sosial sahibkarlığın PR işinin təşkili və gələcək davamlılıq baxımından regionların gənc sahibkarları üçün informasiya portalının qurulmasını, yerli biznes qurumlarının, hökumət strukturlarının və qeyri-hökumət təşkilatlarının (əsasən gənclərlə işləyən QHT) birgə iştirak və əməkdaşlığını nəzərdə tutan Şəbəkənin (Biznes+Hökumət+QHT) qurulması ilə həyata keçirilməsi nəzərdə tutulub. Layihənin 3 ay müddətində keçirilməsi nəzərdə tutulub.
49 views