“Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” layihəsi davam edir –  FOTOLAR

Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” layihəsini həyata keçirir. Layihə çərçivəsində Sumqayıt şəhərində müxtəlif peşə kursları davam edir.

Sosialmedia.az xəbər verir ki, Kömpüter Dzayn sənəti üzrə  təlimçi Ramil Süleymanovun  rəhbərliyi ilə keçirilən təlimlərdə gənclər kömpüterdə müxtəlif dizayn proqramları   öyrənirlər. Təlimlər zamanı gənclər həm yeni bacarıqlar qazanır, həm də öz yaradıcılıqlarını inkişaf etdirirlər.

Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan gənclərin peşə bacarıqlarını artırmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və məşğulluqlarını təmin etməkdir. Peşə kurslarında iştirak edən gənclər gələcəkdə öz sənət əsərlərini sərgiləmək və satışa çıxarmaq imkanı əldə edəcəklər.

53 views