Səbinə Kərimova: “QHT.az QHT-lərin fəaliyyətində dönüş nöqtəsi edən yeganə saytdır”

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova:

Bu gün Azərbaycan mediasında öz dəsti xətti ilə seçilən, yalnız Qeyri-Hökmət Təşkilatlarına xidmət edən və onların cəmiyyətə çıxışını, tanınmasını təmin edən, QHT-lərin sevimli saytı QHT.az-ın 9 yaşı tamam olur.

Yarandığı gündən hər kəsin rəğbətini qazanan, dostuna çevrilən QHT.az saytı QHT-lərin fəaliyyətində dönüş nöqtəsi edən yeganə saytdır. Onların cəmiyyətdə tanınmasına böyük töhvə verib. Düz 9 il əvvəl yaranan QHT-lər onun dəstəyi ilə  ictimayyətə təqdim olunub və gördükləri işləri ilə tanınıb. Bütün QHT-lər barədə məlumatı bu saytdan rahat şəkildə tapmaq mümkündür. QHT.az saytı bu gün ölkədə baş verən proseslərə hərtərəfli münasibət bildirir və bütün prossesləri cəmiyyətə çatdırılmasında yaxından iştirak edir. Saytın bu cür aktiv fəaliyyətində və bu cür tanınmasında əsas səbəkar olan saytın baş redaktoru Cəsarət Hüseynzadənin rolu danılmazdır. Onun əziyyəti və fədakarlığı sayəsində QHT.az saytı bu cür yüksək keyfiyyətə sahib olub. Mən bu münasibətlə Cəsarət Hüseyzadəni və bütün QHT.az saytının kollektivini 9 illik münasibəti ilə təbrik edirəm. Onların fəaliyyətində uğurlar arzulayıram.

QHT.az saytı biz QHT-lərin doğma saytıdır. Düz 9 ildir ki, xidmətimizdədir. Arzum budur, daha 99 il xidmət göstərsin”.

562 views