BMT-dən şok: Ukrayna əhalisi sürətlə azalacaq

2100-cü ildə Ukraynanın əhalisi 15.3 milyon nəfər olacaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hazırladığı hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, 1 yanvar 2024-cü ildə Ukraynanın əhalisi 37.4 milyon nəfər təşkil edib.

Proqnozlara görə, 2030-cu ildə əhalinin sayı 38.5 milyon nəfərə çatacaq. 2025-ci ildə əhalinin sayı azalaraq 32.1, 2069-cu ildə isə 25.1 milyon olacaq.

Hesabata əsasən, azalma sürətlə davam edəcək və 2100-cü ilin yanvarında əhalinin sayı 15.3 milyon olacaq.

121 views