AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYA QƏRARI
№ 11-N
“28”dekabr 2015-ci il Bakı şəhəri
“Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04.10.2000-ci il tarixli 401 nömrəli Fərmanının 2.2-ci bəndinin icrası məqsədi ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya
QƏRARA ALIR:
1.“Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”təsdiq edilsin (əlavə olunur).
2.Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
3.Qeyd olunan Qaydaların qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla düzgün və dürüst icrası təmin olunsun (İ.Məmmədov)
4.Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Azərbaycan Respublikasının
ədliyyə naziri
I dərəcəli dövlət ədliyyə
müşaviri Fikrət Məmmədov
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 28 dekabr 2015-ci il tarixli 11-N nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi
Q A Y D A L A R I
1. ÜMUMİ MÜDDƏALAR
1.1.“Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları” (bundan sonra – Qaydalar) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 30-1-ci maddəsindən, habelə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.13-cü bəndindən irəli gələn vəzifələrin həyata keçirilməsinitəmin etmək məqsədi iləhazırlanmışdır.
1.2.Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.2.1.QHT- qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri;
1.2.2.fəaliyyətin öyrənilməsi- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi, habelə müəyyən edilmiş ərazi yurisdiksiyası daxilində regional ədliyyə şöbələri (bundan sonra – ədliyyə orqanı) tərəfindən həyata keçirilən bu Qaydalarla müəyyən edilmiş tədbirlərin məcmusu;
1.2.3.QHT-lərin vəzifəli şəxsləri- təşkilatın təkbaşına icra orqanı, struktur qurumların rəhbərləri, habelə kollegial icra orqanlarına daxil olan və nizamnamə (əsasnamə) ilə müəyyən edilmiş səlahiyyətlərə malik olan şəxslər;
1.2.4.“Fərdi elektron pəncərə”- Azərbaycan Respublikası Prezidentinin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”2013-cü il20 noyabrtarixli 26 nömrəliFərmanına əsasən yaradılmış elektron məlumat sistemi.
1.3.Bu QaydalarQHT-lərinfəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
1.4.Bu Qaydalar QHT-lər tərəfindən qanunvericiliyə və nizamnamə məqsədlərinə riayət edilməsinin təmin olunmasına, onların fəaliyyətində hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınmasına, habelə bu QHT-lərdən qanunvericiliyə zidd məqsədlərlə istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, cəmiyyətin və həmin təşkilatların maraqlarının qorunmasına yönəlmişdir.
1.5.Regional ədliyyə şöbələri QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri barədə hər yarım il üzrə (iyunun və dekabrın 30-dək) Qeydiyyat və notariat baş idarəsinə ümumiləşdirilmiş məlumat təqdim etməlidirlər.
1.6.Ədliyyə orqanı QHT-lər tərəfindən təqdim olunmuş məlumatların təhlükəsizliyini və onların yalnız Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadəsini təmin edir.
1.7.QHT-lərin fəaliyyətinin öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə ayrı-ayrı sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.
1.8.QHT-lərin fəaliyyəti öyrənilərkən hüquqpozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması ilə yanaşı, onların təhlilinə və qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir.
1.9.QHT-lərlə ədliyyə orqanı arasında məlumat və sənəd mübadiləsi “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə aparıla bilər.
1.10.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən QHT-lərə fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil edilir.
2. QHT-LƏRİN FƏALİYYƏTİNİN ÖYRƏNİLMƏSİNİN PREDMETİ VƏ MƏQSƏDİ
2.1.QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı aşağıdakı məsələlər araşdırılır:
2.1.1.fəaliyyətinin nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu;
2.1.2.Qanunun tələblərinə riayət edilməsi, o cümlədən ali idarəetmə, icra və nəzarət orqanlarının yığıncaqlarının, habelə üzvlərin reyestrinin aparılması, gəlirlərinin təşkilatın məqsədlərinə yönəldilməsi, fəaliyyətində şəffaflığın təmin edilməsi;
2.1.3.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi, o cümlədən Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri üçün zəruri olan məlumatların vaxtında təqdim edilməsi, dövlət reyestrində olan sənədlərin qanunvericiliyə uyğunluğu;
2.1.4.illik maliyyə hesabatlarının təqdim olunması, qrant, mühasibat uçotu haqqında qanunvericiliyə riayət edilməsi, maliyyə və təsərrüfat fəaliyyətinin qanunauyğunluğu;
2.1.5.qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət edilməsi.
2.2.QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulması halları müəyyən edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 31.10.2014-cü il tarixli 10-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydalarına uyğun tədbirlər həyata keçirilir.
2.3.QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim etmək üçün öz yazışmaları üzrə kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar.
2.4.Kargüzarlıq sənədlərin daxil olduğu (imzalanaraq təsdiq olunduğu) müddətlər, bank və digər sənədlərin tərtib olunduğu və ya təqdim olunduğu tarixlər üzrə aparılır, hər bir sənədə nömrə verilir. Təsis sənədlərinə dəyişikliklər, qurumun fəaliyyətinə (ali və icra orqanlarının qərarları, protokolları və s.), qrant müqavilələrinə (layihələr, layihə üzrə təsdiqedici maliyyə və mühasibatlıq sənədləri ilə birlikdə) dair sənədlər ayrı-ayrı qovluqlarda saxlanılır.
3. QHT-LƏRİN FƏALİYYƏTİNİN ÖYRƏNİLMƏSİ QAYDASI
3.1.QHT-lərin fəaliyyətinin öyrənilməsi 30 gün ərzində həyata keçirilir. Ədliyyə orqanının rəhbərinin yazılı razılığı əsasında QHT-nin fəaliyyətinin öyrənilməsi müddəti 30 gün artırıla bilər.
3.2.QHT-lərin fəaliyyətinin öyrənilməsi plan üzrə və ya plandankənar keçirilir. Hər il dekabr ayında növbəti il üzrə fəaliyyətinin öyrənilməsi nəzərdə tutulan QHT-lərin siyahısı hazırlanır və ədliyyə orqanının rəhbəri tərəfindən təsdiq olunur. Regional ədliyyə şöbələrinin rəhbərləri təsdiq etdikləri siyahını və QHT-lərin fəaliyyətinin plandankənar öyrənmə hallarını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinın Qeydiyyat və notariat baş idarəsi ilə razılaşdırır.
3.3.QHT-lərin fəaliyyətinin plandankənar öyrənilməsi aşağıdakı hallarda həyata keçirilir:
3.3.1. dövlət qurumlarından məlumatlar daxil olduqda;
3.3.2. kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, fiziki və hüquqi şəxslərin, habelə QHT-nin iştirakçılarının müraciətləri daxil olduqda;
3.3.3. bilavasitə ədliyyə orqanı tərəfindən pozuntular aşkar edildikdə.
3.4.QHT-lərin fəaliyyətinin öyrənilməsini həyata keçirən şəxslərin QHT ilə birbaşa və ya dolayı yolla əlaqələri (o cümlədən onun vəzifəli şəxsləri ilə yaxın qohumluğu), yaxud onun fəaliyyətində maraqları olmamalıdır. Belə əlaqələri və maraqları olan şəxslər bu barədə ədliyyə orqanının rəhbərinə məlumat verməli və nəzarət tədbirinə cəlb edilməməlidirlər.
3.5.QHT-lərin fəaliyyətinin öyrənilməsi ədliyyə orqanının rəhbərinin (və ya onu əvəz edən şəxsin) əmri ilə rəsmiləşdirilir.
3.6.QHT-nin fəaliyyətinin öyrənilməsi plan üzrə aparıldıqda azı 7 gün, plandankənar aparıldıqda isə azı 1 gün əvvəl bu barədə həmin QHT-yə yazılı məlumat verilməlidir.
3.7.Ədliyyə orqanı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar zəruri məlumatların (sənədlərin) təqdim edilməsini, o cümlədən tərtib etdiyi sorğu vərəqəsinin cavablandırılmasını QHT-dən tələb etmək, həmin məlumatlara (sənədlərə) baxış keçirmək və onların surətini çıxarmaq hüququna malikdir. QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı izahatlar alına və müzakirələr keçirilə bilər.
3.8.QHT-lərin vəzifəli şəxsləri ədliyyə orqanının fəaliyyətini çətinləşdirən hərəkətlərə yol verməməli və fəaliyyətin öyrənilməsinə şərait yaratmalıdırlar.
3.9.Tələb olunan məlumatlar (sənədlər) vaxtında təqdim edilmədikdə və ya mövcud olmadıqda bu barədə protokol tərtib olunur, protokolda QHT-nin vəzifəli şəxsinin məsələ ilə bağlı yazılı izahatı əks olunur. QHT-lərin fəaliyyətinin öyrənilməsinə maneələrin yaradılması, o cümlədən sorğulara cavab verilməməsi, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsi, yanlış məlumatların verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3.10.QHT-lərin fəaliyyətinin öyrənilməsi ədliyyə orqanından asılı olmayaraq mümkün olmadığı və ya gecikdiyi hallarda, o cümlədən qurumun vəzifəli şəxsləri xəstələndikdə, ölkədən kənarda olduqda və ya tələb olunan sənədlər digər üzürlü səbəblərə görə vaxtında təqdim edilmədikdə ədliyyə orqanının rəhbərinin əmri ilə həmin hallar aradan qaldırılanadək təşkilatın fəaliyyətinin öyrənilməsi müddətinin axını dayandırıla bilər.
3.11.Ədliyyə orqanı QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə sorğularla müraciət edə bilər, fiziki şəxslərdən tələb olunan sənədləri əldə edə bilər.
4. QHT-LƏRİN FƏALİYYƏTİNİN ÖYRƏNİLMƏSİNİNNƏTİCƏLƏRİNİN RƏSMİLƏŞDİRİLMƏSİ
4.1.QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri aktla rəsmiləşdirilir. QHT-nin fəaliyyətinin öyrənilməsinin nəticəsi üzrə bu Qaydaların 4.4.3 və 4.4.4-cü yarımbəndlərində göstərilən hallar aşkar olunduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinə bu barədə məlumat verilir.
4.2.Aktda aşağıdakılar əks olunur:
4.2.1.QHT-nin adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, rəhbərinin (vəzifəli şəxsin) adı, soyadı, atasının adı;
4.2.2.QHT-nin fəaliyyətinin öyrənilməsi tarixi, əhatə etdiyi dövr, həyata keçirilməsi barədə QHT-yə göndərilmiş xəbərdarlığın tarixi və nömrəsi;
4.2.3.fəaliyyətin öyrənilməsini həyata keçirmiş vəzifəli şəxs (şəxslər), aktın tərtib olunma tarixi və tərtib edən şəxs (şəxslər);
4.2.4.fəaliyyətin öyrənilməsinin əhatə etdiyi sahələr (sənədlər), aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar (o cümlədən QHT-nin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanı funksiyalarının həyata keçirilməsinin nəticələri);
4.2.5.QHT-nin fəaliyyətinin təkmilləşdirilməsi və ya aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə tövsiyələr, pozuntularla bağlı görülməsi zəruri olan tədbirlər üzrə təkliflər.
4.3.Akt QHT-nin fəaliyyətinin öyrənilməsi başa çatdıqdan sonra 30 gün ərzində tərtib edilir və ədliyyə orqanının rəhbəri tərəfindən təsdiq olunur.
4.4.Qurumun fəaliyyətinin öyrənilməsi nəticəsində QHT barədə aşağıdakı qərarlar qəbul oluna bilər:
4.4.1. qanun pozuntusunun aşkar olunmaması haqqında;
4.4.2. inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəmüəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında;
4.4.3. cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq orqanlarına göndərilməsi haqqında;
4.4.4. digər pozuntular aşkar edildikdə, toplanmış materialların qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara göndərilməsi haqqında;
4.4.5. QHT-yə Qanunun 31.2-ci maddəsində müəyyən edilmiş qaydada yazılı xəbərdarlığın edilməsi və pozuntuların aradan qaldırılmasına dair göstərişin verilməsi haqqında.
4.5.QHT-nin fəaliyyətinin öyrənilməsi üzrə akt tərtib olunduqdan sonra aşkar olunmuş pozuntular və çatışmazlıqlar barədə məlumat QHT-nin “Fərdi elektron kabineti”ndə yerləşdirilir və onun ünvanına göndərilir.
4.6.QHT onun fəaliyyətinin öyrənilməsi nəticəsində aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar barədə məlumatlandırıldıqdan sonra 30 günədək müddətdə onların aradan qaldırılması barədə ədliyyə orqanına məlumat verməlidir.
5. ƏDLİYYƏORQANININ ƏMƏKDAŞLARININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1.QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı ədliyyə orqanının əməkdaşı aşağıdakı hüquqlara malikdir:
5.1.1.QHT-nin yerləşdiyi ünvana daxil olmaq, fəaliyyətinin öyrənilməsi məqsədilə lazımi sənədləri əldə etmək, onun vəzifəli şəxslərindən izahat tələb etmək;
5.1.2.sənədləşmənin kompüter vasitəsi ilə aparıldığı və orada saxlanıldığı halda həmin məlumatlarla tanış olmaq, onların QHT tərəfindən təsdiq olunmuş surətlərini əldə etmək;
5.1.3.QHT-nin vəzifəli şəxsi ilə yoxlanılan məsələlər barədə müzakirələr aparmaq;
5.1.4.xidməti vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.
5.2.Ədliyyə orqanının əməkdaşlarının vəzifələri aşağıdakılardır:
5.2.1.“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və bu Qaydalara riayət etmək;
5.2.2.xidməti vəzifələrini, rəhbəri tərəfindən verilmiş əmr, göstəriş və tapşırıqları peşəkarlıqla və vicdanla yerinə yetirmək;
5.2.3.QHT-nin təmsilçiləri ilə nəzakətlə davranmaq;
5.2.4.sənədlərə diqqətlə yanaşmaq, onların itirilməsi və ya korlanmasının qarşısını almaq;
5.2.5.QHT-nin fəaliyyətinin öyrənilməsi zamanı onun fəaliyyətinə maneə yaratmamaq;
5.2.6.təqdim olunmuş sənədlərin konfidensiallığını təmin etmək;
5.2.7.yaranan hər hansı mübahisəli məsələni müvafiq etik davranış qaydalarına uyğun olaraq və peşəkarcasına həll etmək, onlar barədə təxirə salınmadan rəhbərliyinə məlumat vermək.
6. FƏALİYYƏTİNİN ÖYRƏNİLMƏSİ ZAMANIQHT-NİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
6.1.Fəaliyyətinin öyrənilməsi zamanı QHT-lər aşağıdakı hüquqlara malikdir:
6.1.1.QHT-nin fəaliyyətinin öyrənilməsi barədə ədliyyə orqanının rəhbərinin əmri ilə tanış olmaq;
6.1.2.ədliyyə orqanının əməkdaşlarının xidməti vəsiqələri ilə tanış olmaq;
6.1.3.fəaliyyətinin öyrənilməsinin nəticələrini müzakirə etmək və onlara dair münasibət bildirmək;
6.1.4.qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyətinin öyrənilməsinin nəticələrindən yuxarı orqana və ya məhkəməyə şikayət etmək.
6.2.QHT-nin rəhbəri (vəzifəli şəxsi) aşağıdakı vəzifələri həyata keçirir:
6.2.1.fəaliyyətinin öyrənilməsi üçün ədliyyə orqanının əməkdaşlarına lazım olan sənədləri, onlardan çıxarışları təqdim etmək, təqdim edilməsi tələb olunmuş sənədləri təsdiq etmək;
6.2.2.ədliyyə orqanının əməkdaşlarına ayrıca yer ayırmaq, fəaliyyətin öyrənilməsi ilə əlaqədar əldə edilmiş sənədlərin qorunmasını, habelə surətçıxarma və tələb olunan digər texnikadan istifadə imkanının yaradılmasını təmin etmək;
6.2.3.fəaliyyətinin öyrənilməsi zamanı yaranan bütün məsələləri çevik şəkildə həll etmək;
6.2.4.ədliyyə orqanı əməkdaşlarının hüquqlarına riayət edilməsini təmin etmək.
“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ SƏNƏDLƏR»Nazirlər Kabineti
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 339
04 Dekabr 2015
№ 339 Bakı şəhəri, 22 oktyabr 2015-ci il
“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmişdir
Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi
Q A Y D A S I
1. 1. Ümumimüddəalar
1.1. Bu Qayda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə, habelə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 noyabr tarixli 344 nömrəli Fərmanının2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi iləhazırlanmışdır.
1.2. Bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimaiyönlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən (bundan sonra – xarici donorlar) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.
1.3. Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.
1.4. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz.
1.5. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının və Azərbaycan Respublikası Hökuməti adından qrant alınmasına dair sazişlərin bağlanılması və təsdiq edilməsi hallarına şamil olunmur.
2. Qrant vermək hüququnun əldə edilməsi üçün təqdim olunan sənədlər
2.1. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir.
2.2. Qrant vermək hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.
2.3. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyinin əldə edilməsi üçün xarici donor tərəfindən Nazirliyə bu Qaydanın əlavəsində göstərilmiş formada təqdim edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.3.1. xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlər (layihə, proqram, smeta xərcləri);
2.3.2. qrantın maliyyə-iqtisadi əsaslandırılması;
2.3.3. xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surəti;
2.3.4. xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə.
2.4. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər xarici dildə tərtib edildikdə, onların notariat qaydasında təsdiq olunmuş tərcüməsi də əlavə edilir. Xarici ölkədə tərtib olunmuş sənədlər və ya məlumatlar həmçinin leqallaşdırılmalı və ya onlara apostilverilməlidir.
3. Qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərə baxılması qaydası
3.1. Nazirlik tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılır. Bu Qaydanın 2-ci hissəsində göstərilən sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılır. Müraciətə baxılan zaman qrantın predmeti ilə bağlı aidiyyəti dövlət orqanları münasibət bildirə bilərlər.
3.2. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Nazirliyin rəyində onun məqsədəmüvafiq hesab edilməsi və ya edilməməsiəsaslandırılmalıdır.
3.3. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.
3.4. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.4.1. bu Qaydanın 2.3-cü bəndində göstərilmiş ərizə, sənədlər və məlumatlar təqdim edilmədikdə və ya natamam təqdim edildikdə, habelə 2.4-cü bəndinin tələbləri pozulduqda;
3.4.2. qrantın verilməsi məqsədi və onun maliyyə-iqtisadi əsaslandırılması qeyri-dəqiq göstərildikdə.
3.5. Nazirlik hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aşağıdakılar barədə məlumatları təqdim edir:
3.5.1. müraciət edən xarici donorun adı, mənsub olduğu ölkə və onun adından müraciət etmiş şəxs barədə məlumatları;
3.5.2. qrantın məqsədi, məbləği və icra müddəti barədə məlumatları;
3.5.3. müqavilə üzrə nəzərdə tutulmuş resipiyent barədə məlumatı;
3.5.4. qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda, bunun əsaslandırılması.
Azərbaycanda QHT-lərin xarici maliyyə hesabına işlər görməsi haqqında müqavilələrin qeydiyyata alınması qaydası təsdiqlənib
Bakı. Ramiz Mikayıloğlu-APA.Nazirlər Kabineti“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda qeyri-hökumət təşkilatları (QHT), habelə xarici dövlətlərin QHT-nin filial və ya nümayəndəlikləritərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin qeydiyyata alınması qaydasını tənzimləyir və müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.
Müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən (iş görən) QHT tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Müqavilələrin qeydiyyatı Ədliyyə Nazirliyinin aidiyyəti qurumu tərəfindən bildirişlə təsdiq olunur. Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müqavilənin qeydiyyata alınması üçün ərizəyə müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği), başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə, müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat əlavə edilir. Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği), müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti notariat qaydasında təsdiq edilir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostilverilməlidir.
Müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq QHT tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir
Ədliyyə Nazirliyi tərəfindən müqavilənin qeydiyyata alınması üçün sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü, təqdim olunmuş sənədlərin və müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, təşkilatın nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu, müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, müqavilənin tərəfi kimi iştirak edən QHT tərəfindənMaliyyə Nazirliyinə illik maliyyə hesabatlarının təqdim edilməsi, QHT tərəfindən Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu, müqavilənin tərkib hissəsi olan layihənin təqdim edilməsi, müqavilənin tərəfi kimi iştirak edən QHT-nin təsis sənədlərinin qanunvericiliyə uyğunluğu, müqavilənin kommersiya və ya qeyri-kommersiya xarakterli olması araşdırılır. Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi ərizənin və sənədlərin təqdim edildiyi tarixdən 15 gün müddətində müqaviləni qeydiyyata alır və QHT-yə bildiriş verir. Sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadılır. Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyimüqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edir.Ədliyyə Nazirliyiqeydiyyata alınmış müqavilələr haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.
Ədliyyə Nazirliyitərəfindən göstərilmiş sənədlər təqdim edilmədikdə, araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, Ədliyyə Nazirliyitərəfindən aşkar edilmiş çatışmazlıq müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilələrin qeydiyyata alınmasından imtina edilir.
598 views