Yuxuda Boşluğa Yıxılmaq Hissi Necə Yaranır-Özəl

Sosialmedia. az xəbər verir ki, yuxuda boşluğa yıxılmaq hərkəsin gördüyü yuxulardan biridir. Bir çox insan bu zaman qorxu içində yuxudan ayılır və bəzən də yuxuları qaçır. Bilindiyi qədəriylə biz yatarkən, hər biri dörd mərhələdən ibarət olan bir neçə yuxu dövründən keçirik.

Həmin yıxılma hissi isə ilk mərhələdə baş verir. Yuxuya gedəndə, bizim əzələlərimiz boşalmağa, rahatlaşmağa başlayır və bu zaman beynimiz əzələlərin boşalmasını yüksəklikdən yıxılmağımız kimi qəbul edərək bizi dərhal oyadır.

Bu beyinin özünü qorumaq refleksi olduğu bildirilir və olduqca normal bir prosesdir. Ancaq miqdarından artıq kofein qəbulu, yuxusuzluq və stress bu kimi halların tez-tez təkrarlanmasına səbəb olur.

308 views