Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilib və müzakirələrdən sonra təsdiq olunub. Bu siyahıda, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının nümayəndəsi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva 35 saylı Xətai üçüncü dairəsindən namizəd olaraq irəli sürülüb.
QHT.az xəbər verir ki, Pərvanə Vəliyeva uzun müddətdir ki, səhiyyə və ictimai sağlamlıq sahəsində fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi təşkilat, “Sağlamlığa Xidmət” İctimai Birliyi, vərəm və digər yoluxucu xəstəliklərin qarşısının alınması, müalicəsi və maarifləndirilməsi üzrə müxtəlif layihələr həyata keçirir.
Qeyd edək ki, son zamanlar Azərbaycan beynəlxalq səviyyədə müxtəlif sahələrdə əhəmiyyətli fəaliyyətlər həyata keçirmişdir. Ölkəmiz BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirərək, regional və qlobal təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
290 views