Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII çağırış Milli Məclis seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürdüyünü açıqladı. Nuriyev seçkilərə ciddi hazırlaşdığını və artıq seçki komandasının formalaşdırıldığını bildirdi.
Ə. Nuriyev, bölgənin nüfuzlu şəxsləri, ağsaqqalları, ziyalıları və rəy liderləri ilə mütəmadi müzakirələr apararaq, bölgəni dahi Məmməd Arazın ifadəsilə qarış-qarış, addım-addım tanıdığını vurğuladı. O, bölgənin çətinliklərini və qaldırılmalı olan məsələləri yaxşı bildiyini və bu məsələlərlə bağlı geniş məsələhətləşmələr apardığını qeyd etdi: “Seçki kampaniyası həm də problemlərin palaz alıtından gün işığına çıxarılması imkanı yaradır. Son seçici siyahılarına görə, dairə üzrə 49 min 898 seçici qeydə alınmışdı. Seçki seçki dairəsi üzrə 89 məntəqədə keçiriləcək. Çalışacağam ki, bütün kəndlərdə, icmalarda görüşlər, müzakirələr keçirilsin. Namizədliyimi geri götürməyim haqqında şaiyə yayılır. Bu tamamilə yalandır, sona qədər, qələbə əldə edənə qədər mübarizəmiz davam edəcək. Əminəm ki, seçki kampaniyası, xüsusən təşviqat mərhələsi qanunvericilik çərçivəsində, əxlaqi dəyərlərə uyğun olaraq keçiriləcək”
1093 views