Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi yaradılıb

“Rəqabət Məcəlləsi”nə əsasən Azərbaycanda subsidiyaların verilməsinə nəzarət mexanizmi yaradılıb.

Sosialmedia.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Şəmsi Rzalı deyib.

O bildirib ki, mexanizmin yaradılması yeni qanuna əsasən həyata keçirilib.

Qeyd edək ki, bu ayın 1-dən Azərbaycanın Rəqabət Məcəlləsi qüvvəyə minib. Bildirilir ki, 12 fəsil, 84 maddədən ibarət olan Məcəllə ölkədə əlverişli biznes mühitinin inkişafı, təsərrüfat subyektlərinin sayının və iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq.

1657 views