Sosialmedia.az xəbər verir ki, Vladimir Zelenski BBC-yə müsahibə verib.
Prezident Donald Trampın müharibəni 24 saat ərzində bitirmək fikrinə reaksiya verərək bildirib ki, Ukrayna “sadəcə dayanıb hər şeyi unutmağa” razı olmayacaq.
“Bəli, bu çox sadə bir yoldur, lakin biz bunu heç vaxt etməyəcəyik, heç vaxt. Dünyada bizi buna məcbur edə biləcək bir nəfər də yoxdur”.
Xarkov vilayətinə hücum zamanı rus qoşunları 20.000 nəfər həlak olub.
Daha 10 il davam edəcək müharibəyə heç kim razı olmayacaq.
Jurnalist Ukraynada müharibə 10 il davam etsə, Zelenskinin prezident olmağa davam edib-etməyəcəyini soruşdu, çünki tənqidçilər bu halda Ukraynanın demokratik olmadığını söyləyə bilər.
“Müharibə uzanarsa, həll yolu tapmalı olacağıq. Hələ nə olduğunu bilmirəm. Çətindir, çünki bu, Ukrayna Konstitusiyasının dəyişdirilməsi deməkdir”.
Səlahiyyətlərini başqasına ötürməli olacağı bir nöqtəyə çata biləcəyini soruşduqda, Zelenski müsbət cavab verdi, lakin bunun “müharibədən sonra” baş verəcəyini əlavə etdi.
411 views