Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək-Özəl

Sosialmedia. az xəbər verir ki , elm və təhsil naziri Emin Əmrullayev 23 avqust tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 15 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

512 views