“HƏMAS” lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.
Sosialmedia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Haniyə və mühafizəçisi İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.
“HƏMAS” da Haniyənin ölümünü təsdiqləyib.
754 views