1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.
Sosialmedia.az QHT.az-a istinadən araşdırmalarına görə, 44 saylı Sumqayıt 3-cü Seçki Dairəsindən deputatlığa namizəd, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova da namizədliyini iriəli sürüb.
Səbinə Aqil qızı Kərimova 22 sentyabr 1977-ci ildə Sumqayıtda anadan olub. Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin məzunudur. 2004-cü ildən “Əlil Qadınlar” Cəmiyyətinin Sumqayıt regional şöbəsində çalışaraq, sədr müavini və sədr vəzifələrində fəaliyyət göstərib. O, eyni zamanda Demokratiya və İnsan Haqları Regional Resurs Mərkəzi İctimai Birliyində və Sumqayıt Qadın Krizis Mərkəzində rəhbər olub, müxtəlif QHT-lərdə ekspert kimi çıxış edib və beynəlxalq layihələrin koordinatoru olub. 2015-ci ildə Gürcüstanda gender bərabərliyi üzrə təlimdə, həmçinin beynəlxalq təlimlərdə iştirak edib. 2016-cı ildə “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyini təsis edib və hazırda həmin təşkilata rəhbərlik edir. 2019-cu ildə Sosialmedia.az saytını yaradıb və baş redaktor olaraq fəaliyyət göstərir. Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının və Miqrasiya Əməkdaşlıq Platformasının üzvüdür. 2021-2023-cü illərdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü, 2023-cü ildən isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın katibidir. Subaydır.
QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:
• Sumqayıt şəhərində seçicilərlə mütamadi görüşlərin təşkili və problemlərin öyrənilməsi və həlli istiqamətində işlərin görülməsi.
• Əlillliyi olan şəxslər üçün dövlət və özəl qurumlarda iş yerlərində kvotanın artırılması
• Sosial müdafiəyə ehtiyacı olan müxtəlif təbəqələrə evsiz insanlara,əlillərə, kimsəsiz uşaqlara və s.) dövlət qayğısının artırılması, uşaqlara “uşaqpulu” adlanan müavinətlərin verilməsi;
• Alinment fondunun yaradılması ilə bağlı təklifin verilməsi.
• Reproduktiv sağlamlıqla bağlı proqramın hazırlanması və reallaşdırılması
• Evsiz ailələrə (o cümlədən əlilliyi olan gənclərə) aşağ faizlə sosial ipoteka ayrılması üçün xüsusi proqramın hazırlanması və reallaşdırılması;
• Əlilliyi olan uşaqlar üçün əlaçatan təhsil imkanlarını genişləndirilməsinə, nail olmaq;
• İşsiz gənclərlə o cümlədən (əlilliyi olan şəxslər,müharibə əlilləri və qazilər) bağlı dövlətin xüsusi proqramının qəbulu və s.
631 views