Sosialmedia.az xəbər verir ki, “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsi çərçivəsində Sumqayıt Gənclər Evində dəyirmi masa təşkil etdi. Birliyin sədri Ağanənə Sadıxova tədbiri açaraq “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin yarandığı gündən indiyədək keçdiyi inkişaf yolundan, həyata keçirdiyi tədbirlərdən danışaraq həyata keçirilən layihə barədə geniş məlumat vermişdir.
Sonra çıxış üçün söz layihənin hüquqşünası Xanlar Sətullayevə verildi. X.Sətullayev mövcud qanunvericilikdə müharibə iştirakçılarınının, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi istiqamətində nəzərdə tutulan güzəştlər və imtiyazlar barədə, eləcə də son illərdə müharibə iştirakçılarının maddi, sosial, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial dəstək proqramları barədə geniş məlumat verdi.
X.Sətullayev son illərdə Azərbaycanda sosial sahədə aparılan mütərəqqi islahatlardan danışmış, qanunvericilik bazasına edilən dəyişikliklərdən söz açmış, həmçinin ölkədə sosial qruplara göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır. Daha sonra X.Sətullayev layihə çərçivəsində Birliyin ofisində ölkəmizin ərazi bütövlüyü uğrunda və torpaqlarımızın düşmənlərdən azad edilməsində iştirak etmiş döyüşçülər, onların ailə üzvləri, şəhidlərimizin ailə üzvləri üçün təşkil edilən pulsuz hüquqi məsləhət və yardım xidməti ilə bağlı görülən işlər, onların rastlaşdıqları problemlər, çətinliklər barədə də məlumat verdi. Tədbirdə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini Namirə Abbasova bu cür layihələrin həyata keçirilməsinə çox böyük ehtiyac olduğunu vurğulayaraq 44 günlük Vətən müharibəsində yaralanmış, qazi olmuş şəxslərə Sumqayıt Tibb Mərkəzində göstərilən xidmətlərdən söz açmışdır.
Sonra RSİD İB-nin sədri Emil Maqalov çıxış edərək həyata keçirilmiş layihənin çox aktual mövzuya həsr olunduğunu xüsusi qeyd edər\ək bu cür layihələrin davam etdirilməsi zərurətinə toxundu. Sosial Xidmətlər Agentliyinin regional idarəsinin əməkdaşı Leyla Cəfərova da çıxış edərək QHT-lərlə əməkdaşlıq siyasətindən, vətəndaşlara Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilən yüksək səviyyəli xidmət barədə məlumat verdi.
Tədbirdə çıxış edən Tərəqqi İB-nin sədri İndira Şəmsivari də layihənin əhəmiyyətini vurğulayaraq belə bir layihənin davam etdiriləcəyinə inamını ifadə etdi. ƏSMİD İB-nin sədri Səbinə Kərimova çıxışında layihənin qısa müddət ərzində bu cür uğurlu formada həyata keçirilməsini, şəhid ailəsi üzvləri və qazilərə hüquqi maarifəndirmə sahəsində layihələrə olan ehtiyacdan geniş danışdı. S.Kərimova əlillərin cəmiyyətə inteqrasiyası baxımından onların hüquqi maarifləndirilməsi ilə bağlı layihələrin bundan sonra da davam etidirlməsinin zərurətini diqqətə çatdırdı. Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Amanverdizadə çıxışında belə nəcib bir aksiyanın, layihənin həyata keçirilməsinin həssas təbəqədən olan insanlara çox böyük dəstək olduğunu qeyd etdi. Corat Bələdiyyəsinin sədr müavini Nuradə Kərimova çıxışında Bələdiyyə tərəfindən şəhid ailəsi üzvləri və qazilərə, digər həssas təbəqədən olan insanlara göstərilən diqqət və qayğıdan danışmış, bu cür layihələrin həmin insanların öz hüquq və vəzifələrini bilmələri baxımından çox əhəmiyyətli olduğunu qeyd etdi.
Tədbirin sonunda dəyirmi masa iştirakçıları üçün çay süfrəsi təşkil olunmuşdur. “Ülvi – aztəminatlılara dəstək” İB-nin sədri, Azərbaycan Yazıçılar birliyinin üzvü, şairə Ağanənə Seyidqızı
384 views