Pərvanə Vəliyeva Xətai rayonunun Süleyman Əhmədov küçəsində yaşayan bir qrup sakinlə görüş keçirib-Özəl

Sosialmedia.az xəbər verir ki , 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai 3-cü seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Pərvanə Vəliyeva 28 avqust tarixində Xətai rayonunun Süleyman Əhmədov küçəsində yaşayan bir qrup sakinlə görüş keçirib.

 

Görüşdə YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov namizəd Pərvanə Vəliyevanı sakinlərə təqdim edərək onun barəsində məlumat verib.

Deputatlığa namizəd Pərvanə Vəliyeva çıxış edərək, YAP-ın seçki platforması haqqında məlumat verərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının uğurları, son 30 ildə qazanılan möhtəşəm nailiyyətlər Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır, uğurların təməl daşını atan Ulu Öndərin yürütdüyü qətiyyətli siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirmişdir. Azad olmuş rayonlarda aparılan yenidənqurma və bərpa-quruculuq işləri sürətlə davam edir, həmin ərazilərə yeni nəfəs gəlib, tarixi siması geri qaytarılmışdır. Bugünə qədər 8 minə yaxın əhalinin Laçın, Füzuli, Şuşa və Xocalıya köçürülməsi həyata keçirilmişdir. 2026-cı ilədək 20 min əhalinin, habelə 35400 ailənin azad olunmuş torpaqlarda məskunlaşması təmin ediləcəkdir. Möhtəşəm zəfərlərdən sonra ilk çağırış parlamentin fəaliyyətə başlaması ilə ölkəmizdə yeni dövrə uyğun dövlət proqram və layihələrinin, qanunların qəbul edilməsi, islahatların daha da dərinləşdirilməsi qarşıya qoyulmuş əsas məqsədlərdəndir.

P.Vəliyeva qeyd edib ki, sosial sahədə isalahatların dərinləşdirilməsi, həssas əhali qruplarının, aztəminatlı ailələrin dövlət qayğısı ilə əhatə olunması da yeni dövrün hədəfləri içərisində mühüm yer tutur.

Namizəd seçki hüququ olan hər kəsi 1 sentyabr tarixində keçiriləcək parlamnet seçkilərində YAP namizədlərinə səs verməyə çağırıb.

 

Keçirilən görüşdə sakinlər adından Həmidova Aynurə və Mehdiyeva Xatirə çıxış edərək rayonun gündəliyində duran aktual məsələləri namizədin diqqətinə çatdırıblar. Onlar namizədə dəstəklərini ifadə edərək, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

 

Pərvanə Vəliyeva həmçinin, vətən müharibəsi qazisi Mənsimov Əli Eldar oğlunun ailəsini ziyarət edib.

713 views