Narın xeyri və zərəri-Özəl

Sosialmedia. az xəbər verir ki , bir çoxlarının sevdiyi və faydalarını saymaqla qurtarmaq bilməyən nar üçün ölkəmizdə xüsusi olaraq «Nar bayramı» qeyd olunur, İsraildə Yeni il bayramında bu meyvədən mütləq süfrəyə qoyulur, İranda isə ona abidə ucaldılıb. “Meyvələrin şahı” olan nar barəsində nələri bilmək lazımdır, o nəyə xeyirdir və onu necə seçmək lazımdır?

Nar sözü latın dilindən (granatus) tərcümədə “dənəvər” mənasını verir, Qədim Romada isə onu – dənəvəli alma adlandırırdılar. Narın tərkibindəki hər şey xeyirlidir: onun hər bir hissəsində kulinarıya və tibbdə istifadə olunan maddələr və mikroelementlər mövcuddur. Nar C, P, B6 və B12 vitaminləri zəngindir.

 

C vitamini immun sistemini möhkəmləndirir.

P vitamini qan damarlarına müsbət təsir edir.

B6 vitamini sinir sistemini möhkəmləndirir.

B12 vitamini isə qan dövranını yaxşılaşdırır.

Nar qan damarlarının divarlarını, sinir sistemi və qan dövranını yaxşılaşdırır. Həkimlər yaşlı və əməliyyat keçirən insanlara bu meyvəni məsləhət görürlər.

Bundan başqa, onun tərkibində zülallar, tanin maddəsi və turşular var. Aşılayıcı maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı yaxşıdır. Tanin maddəsi ishala qarşı əla vasitədir.

Soyuqdəymə, qalxanvari vəzin və ürək-damar sistemi xəstəliklərinin müalicəsində də nar faydalıdır.

Eyni zamanda ateroskleroz, malyariya və qan azlığından əziyyət çəkənlərə də məsləhət görülür.

Hipertoniyadan əziyyət çəkənlər müntəzəm olaraq nar qəbul etsələr, arterial təzyiqi aşağı salmaq olar.

Nar vasitəsilə orqanizmə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin qarşısını alır.Müntəzəm olaraq nar qəbul etmək mədə xərçənginin qarşısını alır.

Bronxial astma və anemiyadan əziyyət çəkənlərə faydalıdır.

Narın dənələri və şirəsi orqanizmdən radioaktivləri ifraz etməyə yardımçıdır.

 

Nar şirəsinin faydaları

Nar şirəsi orqanizm üçün çox faydalıdır:

 

Amin turşuları orqanizmin fəaliyyəti üçün çox önəmlidir. Nar şirəsinin tərkibində 15 növ amin turşusu var.

Nar şirəsi orqanizmi təmizləyir. Şirənin tərkibindəki antioksidantlar bu işə kömək edir.

Nar şirəsi mədə fəaliyyətini normallaşdırır.

İştah və hemoqlobinə müsbət təsir edir.

Öskürək, boğaz ilhabı, diatez, mədə-bağırsaq pozulmasında faydalıdır.

Sidikqovucu və antiseptik effektə malikdir.

Qan təzyiqini normallaşdırır.

Qaraciyər, böyrək və ağciyər xəstəliklərində məsləhətdir.

Nar çəyirdəyinin faydası

Bir çoxumuz nar yeyəndə onun çəyirdəklərini xoşlamırıq. Amma bu çəyirdəklər orqanizm üçün çox faydalıdır. Məsələn, baş ağrısını aradan götürür və yüksək təzyiqi aşağı salır. Eyni zamanda orqanizmin hormonal aktivliyi zamanı da faydalıdır. Nar çəyirdəyindən şirə və efir yağı alınır. Bu yağ kosmetologiyada istifadə edilir. Şirəsi isə sidikqovucudur.

Nar qabığının tozu enterokoliti müalicə edir.

Dərinin cızılması və çatlaması vaxtı da bu tozdan istifadə etmək olar.

Nar qabığını qaynadıb soyuqdəymə zamanı içmək olar.

Bundan başqa nar qabığı bağırsaq qurdlarına qarşı əla vasitədir.

Nar qabığını qaynadıb suyu ilə ağızı yaxalamaq stomatit və damaq qanamasını müalicə etməyə yardım edir.

 

Narın ziyanı

Təbii ki, narın faydaları ilə yanaşı ziyanı da var:

Nar şirəsi xroniki mədə xəstəliyi olanlara məsləhət görülmür.

1 yaşına qədər uşaqlara da nar şirəsi vermək olmaz. 4-7 yaş arası uşaqlara verilən nar şirəsinə su qatmaq lazımdır.

Nar şirəsi içmədən əvvəl stomatoloqla məsləhətləşin. Çünki nar şirəsi diş emalına mənfi təsir edə bilər.

Qastrit, enterit və mədə xorasından əziyyət çəkənlərə nar çəyirdəyi udmaq olmaz.

519 views