“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən start götürən “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” adlı layihənin icrası yekunlaşır.
Bu barədə Sosialmedia.az-a “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib.Onun sözlərinə görə layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunub. Layihəyə 20 yaxın əlilliyi olan gənc cəlb olunub. Layihəmizin əsas məqsədi Sumqayıt şəhərində əlilliyi olan gənclər arasında işssizlik səviyyəsini azaltmaq və əlilliyi olan şəxsləri peşə kurslarına cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır.
Çünki əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasında problemlər həmişə özünü göstərir. Bu da öz növbəsində gələcəkdə onların iş tapması demək olar ki, mümüknsüz edir. Bunun üçün biz onları peşə təhsilinə cəlb edərək,işlə təminatına dəstək verəcəyik.Layihənin əsas məqsədlərindən biri də peşə təhsilinə yiyələnmiş əllilliyi olan şəxslərin işlə təmin edilməsinə köməklik göstərərək,onların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaqdır. Layihəyə nəzərdə tutulanlardan daha çox müraciət olunub və biz istisna halları nəzərə alaraq, əlavə müraciət edənlərə də kurslarımızdan yararlanmaları üçün şərait yaratmışıq. Hər iki istiqamət üzrə kurslarımız uğurla yekunlaşır. Əlilliyi olan gənclərə həftədə hər kurs üzrə iki dəfə hər dərs 2 saat olmaqla, komputer (yeni nəsil proqramlar) və dekorativ-tətbiqi sənət örədilib. Kömputer üzrə mütəxəsis təlimçi Ramil Süleymanov, Dekorativ-Tətbiqi sənət üzrə mütəxəsis təlimçi Samirə Bayramova əlilliyi olan gənclərə təlimlər keçdilər. Layihəmizin sonunda 09 sentyabr 2024-cü il tarixində Sumqayıt şəhərində dekorativ tətbiqi sənət üzrə kurs keçən əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunacaq. Sonda davamiyyət göstərən gənclər təşkilat tərəfindən sertifikatla təltif olunacaqlar. Qeyd edək ki, təşkil olunacaq sərgidə kömpüter kurslarından bəhrələnən əlilliyi olan gənclərin hazırladığı sertifikatlar layihə iştirakçılarına təqdim olunacaq.
1445 views