Sosialmedia.az xəbər verir ki , günəş ləkəsi xüsusilə yay tətilindən sonra dəridə meydana çıxan və əsasən tünd dərili insanlarda əmələ gələn bir ləkə növüdür. Bu ləkələrə ən çox yanaq, alın və dodaq kimi nahiyələrdə rast gəlinir. Günəş ləkələrinin yaranmasının bir sıra səbəbləri vardır. Bunların arasında ən çox rast gəlinəni genetik faktordur. Bu səbəbdən dolayı insanlar zərərli günəş şüalarına qarşı həssas olur və nəticədə dəridə günəş ləkələri əmələ gəlir. Təkcə yeni ləkə yaranmır, mövcud olan ləkələr daha qabarıq nəzərə çarpır.
Günəş ləkələrini aradan qaldırmaq üçün mütləq mütəxəssisə – dəri xəstəliklərinə baxan dermatoloqa müraciət edilməlidir. Günəş ləkələrinin aradan qaldırılmasında krem müalicəsi, kimyəvi pilinqdən istifadə olunur. Günəş ləkələrindən qorunmaq üçün bir çox qaydalara mütləq əməl etmək lazımdır. Günəşin birbaşa dəri səthinə düşməsinə mane olmaq, dəriyə günəşqoruyucu çəkmək, nəmləndirici istifadə etmək, günəşli vaxtlarda epilyasiya etdirməmək. Günəş dərinin D vitamini ehtiyacını ödəyir.
Günəş ləkələrini aradan qaldırmağın yolları
Lakin uzun müddət günəş şüaları altında qalmaq bu tip ləkələrin meydana gəlməsinə səbəb olur. Xüsusilə də üz nahiyəsində rastlanan bu ləkələr insanları çox narahat edir. Günəş ləkələri çətinliklə aradan qalxır. Bunun üçün bir çox təbii müalicə metodları vardır. Bu metodlar kimyəvi qatqılarsız olduğundan dəriyə heç bir mənfi təsir göstərmir. Alma sirkəsi, qatıq, aloe, kartof və limon kimi təbii vasitələrin ləkə zamanı dəriyə istifadəsi qısa müddət ərzində yaxşılaşmaya gətirib çıxarır. Günəş ləkələrinə qarşı ən effektiv vasitələrdən biri limon suyudur. Tərkibindəki limon turşusu sayəsində tez bir zamanda dəridə ölü hüceyrələri aradan qaldırır, tünd hissələrin də ağarmasına səbəb olur. Aloe vera dediyimiz bitki günəş ləkələrində istifadə zamanı inanılmaz effektə malikdir. Aloe veranın yarpağını ortadan kəsdikdən sonra əldə etdiyiniz gel günəş ləkəsini aradan qaldırır və həm də dəriyə sağlamlıq və parlaqlıq bəxş edir. Kartof təbii pilinq bitkisi hesab olunur. O, dərini ölü hüceyrələrdən effektiv bir şəkildə təmizləyir, günəş ləkələrinin rəngini açır və dərini nəmləndirir. Günəşə uzun müddət davamlı olaraq məruz qalma (şapka, günəş kremi olmadan) dəridə çillərə bənzəyən günəş ləkələri – melazma yaradır. Dəriyə rəngverici maddə olan melaninin artıq miqdarda ifraz olunması məhz meydana gələn günəş ləkələrinin başlıca səbəbidir. Günəş ləkələrinin başqa səbəbləri də vardır. Məsələn, hamiləlik, yumurtalıq və tiroid funksiyalarındakı pozğunluqlar misal ola bilər.
413 views