Sosialmedia.az xəbər verir ki Slovakiyanın baş naziri Robert Fiko Ukraynada “nasist qoşunlarının” döyüşdüyünü, lakin beynəlxalq ictimaiyyətin buna məhəl qoymadığını iddia edib.
Fiko qeyd edib ki, faşizm və nasizmlə bağlı narahatlıqlara baxmayaraq, Ukraynada təhlükəli və qadağan olunmuş hərəkatlarla əlaqəli simvolları olan qüvvələr fəaldır və geosiyasi döyüş bu məsələni böyük ölçüdə nəzərdən qaçırır.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhiy Tyhiy cavab olaraq şərh verərək, “Kiyevdə Fikonun bəyanatından məyus olduqlarını” söylədi.
471 views