İsveçrə Ukraynada rəqəmsallaşmaya 68 milyon dollardan çox vəsait ayıracaq-Özəl

Sosialmedia.az xəbər verir ki , İsveçrə Rəqəmsal Transformasiya Nazirliyinə görə, Ukraynada rəqəmsallaşmaya 68 milyon dollardan çox vəsait ayıracaq.

 

Vəsaitlər təhsil, səhiyyə, elektron notariat xidmətləri, humanitar minatəmizləmə və cəbhəyanı icmaların rəqəmsal inkişafı sahələrində rəqəmsallaşmaya yönəldiləcək.

 

2024-cü ildə İsveçrə hökumətinin dəstəyi ilə Ukrayna onlayn nikah xidmətlərini işə saldı və “Mriya” təhsil proqramını yaratdı.

243 views