Sosialmedia.az xəbər verir ki , Donald Tramp hər şeydən sonra Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.
Bundan əvvəl Zelenski artıq öz “qələbə planını” Kamala Harris və Co Baydenə təqdim etmişdi. Bu, Ukrayna prezidentinin ABŞ-a səfərinin əsas məqsədlərindən biri olub, Ağ Ev onun təkliflərini nəzərdən keçirməyə söz verib. Zelenski Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla da görüşmək istədiyini bildirib, lakin indiyədək belə bir görüş barədə məlumat yox idi.
252 views