Azərbaycanda yaşayaraq erməni tərəfdarlığı etmək-Özəl

Sosialmedia.az xəbər verir ki , təəssüf ki, hər bir ölkədə onun vətəndaşları arasında ölkəyə və milli maraqlara qarşı olan şəxslərə az da olsa rast gəlinir.

Hətta ölkəyə sonradan köç etmiş və ölkə vətəndaşına çevrilmiş şəxslər arasında da belələri tapılmaqdadır. Son zamanlar Rusyadan da Azərbaycana köçənlərin sayı artıb ki, onlarının da əksəriyyətini Rusiya hakimiyyətinə qarşı olan şəxslər təşkil edir. Təəssüf ki, onların arasında Azərbaycan milli maraqlarına qarşı çıxışlar edən şəxslər də var.

Rusiyanın Şimal vilayətlərindən olan və Gürcüstan üzərindən Azərbaycana köçmüş Kirill Belokurov adlı şəxsin Ermənistanı dəstəkləyən mövqedən çıxış etməsi heç kimə sirr deyil.

Özünü müstəqil jurnalist, araşdırmaçı kimi təqdim edən bu şəxsin əsas işi qrant qarşılığında postsovet ölkələrində bilgi toplamaq, bəzi bilgiləri yayınlamaq, bəzi bilgiləri araşdırma şəklində işləməkdir. Ümumi götürəndə burda da pis bir iş yoxdur, juralist azadlığı vacibdir. Lakin Azərbaycan ordusunu işğalçı, Azərbaycan dövlətini aqressor adlandırmaq əxlaqsızlıqdan başqa bir şey deyil.

Rusiya hakimiyyətini işğalçılıqda suçlayan Belokurov Ermənistanı bəs niyə işğalçı adlandırmır, əksinə bu adla Azərbaycana qara yaxır? Azərbaycan bütün dünyanın gözü önündə, əsgər və zabitlərinin qanı bahasına, beynəlxalq hüquqla özünə aid olan halal torpaqlarını işğaldan azad etmiş, haqqı bərpa etməklə bərabər dünya hərb tarixinə yüksək peşəkarlıq ve mərdanə savaşa imzası atmışdır. Bunu görməzdən gəlmək və qara yaxmaq üçün nə qədər vicdansız olmaq lazımdır?

Belokurovun Azərbaycan qarşı mövqeyi, 2020-ci ildə baş verən Vətən müharibəsi dönəmində özünü qabarıq şəkildə büruzə verdi. Əslində həmin dönəm Azərbaycan ona qarşı olan qüvvələri və şəsləri də müəyyənləşdirmiş oldu.

Sonradan Belkurovun bir zamanlar işğalçı deyə qara yaxdığı Azərbaycanda sığınacaq tapması və həyatına təhlükəsiz şəkildə burada davam etdirməsi də tarixin bir ironiyası oldu. Amma görünən odur ki, Azərbaycanın qonaqsevərliyi, humanist münasibət onun dünyagörüşündə dəyişiklik yaratmayıb.

Azərbaycanın Qarabağ savaşında haqqa söykənən tərəf olduğunu anlamaq üçün heç də Azərbaycana gəlmək gərək deyildi, Qarabağın Azərbaycanın olduğunu, Vətən müharibəsinin bir azadlıq savaşı olduğunu azacıq tarix bilgisi olan hər kəs bilir. Maraqlı olan odur ki, Belokurov müxalif jurnalist kimi özünü qələmə versə də, Vətən müharibəsi zamanı o Solovyovla eyni mövqedən çıxış edirdi. Solovyov isə Azərbaycan cəmiyyətinə yaxşı tanışdır.

Solovyov Qarabağ müharibəsi zamanı separatçıların liderlərindən olan David Babayanı canlı yayıma çıxararaq Azərbaycana qarşı fikirlərin təbliğinə imkan yaratmışdı. Həmin dönəm bu məsələ Azərbaycan tərəfindən qəti etirazla qarşılanmışı.

9292 views