Sosialmedia.az xəbər verir ki , cinsiyyətindən asılı olmayaraq hər yaş qrupunda rastlanan geniş yayılmış bir göz xəstəliyidir. Xəstəlik ön blefarit və arxa blefarit olaraq iki hissəyə bölünür. Ön blefaritdə göz qapağının kənarı və kirpiklər təsirə məruz qalır. Blefarit bədəndəki bakteriyaların həddindən artıq çoxalması və dərinin yağlı/pullu olması nəticəsində formalaşır. Arxa blefaritdə isə qapağın gözün içinə toxunan hissəsi təsirə məruz qalır, göz yaşı yağ bezlərinin normal işləməməsi ilə əlaqəlidir.
Göz qapağı iltihabı necə müəyyən olunur?
Hər yaşda müşahidə oluna bilən bu xəstəlik, simptomları ilə qısa müddətdə özünü göstərir. Bu simptomlardan birincisi və ən əsası göz qapağında şişlik hissidir. Bu vəziyyət bəzən kənardan aydın şəkildə görünə bildiyi kimi, bəzən isə yalnız xəstə tərəfindən hiss olunur. Digər bir simptom isə kirpik bölgəsində qızartı şəklində özünü göstərir. İşığa həssaslıq da xəstəliyin simptomları arasındadır. Xəstəliyin müayinəsi ilə qısa müddətdə diaqnoz qoyula və dərman müalicəsinə başlanıla bilər. Müalicə evdə də davam etdirilə bilər, ancaq həkim nəzarəti altında sağalma prosesi daha da sürətlənmiş olacaq.
Göz qapaqlarının iltihabı zamanı diaqnozun qoyulması
Göz qapağı iltihabı, yəni arpacıq xəstəliyinin diaqnozu üçün göz müayinəsi ilə yanaşı, eyni zamanda göz qapağının daxili müayinəsinə də ehtiyac vardır. Əl və göz proseduru ilə aparılan müayinə nəticəsində müalicə prosesi planlaşdırılır və dərman müalicəsi ilə bir həftəlik qısa müddət ərzində müalicənin nəticəsini görmək mümkündür.
Göz qapağı iltihabının səbəb olduğu xəstəliklər
Blefarit, göz qapağı vəzisində təkrarlanan, kəskin iltihablara (arpacıq) və sərt şişliklərə (xalazion) səbəb ola bilər. Xüsusilə yaşlılarda kirpiklərin içə dönməsi, gözə batması və tökülməsi kimi problemlər meydana gələ bilər. Göz qapağı iltihabı gözün görmə funksiyasına təsir göstərmir. Çox nadir hallarda kornea təbəqəsinin iltihabına və görmə problemlərinə səbəb ola bilər.
Göz qapağı iltihabı, göz içi əməliyyatı etdirəcək xəstələrdə, əməliyyatdan sonra infeksiya riskini artıra bilir.
İltihab əleyhinə alınacaq tədbirlər
Göz qapağı iltihabının qarşısını almaq üçün bir neçə əsas tədbir alınmalıdır.
Blefaritə yoluxmağın əsas amillərindən biri, yuyulmamış əllərlə gözlərə təmas edilməsidir. Valideynlər üçün bu məsələni həll etmək və əl yuma vərdişini inkişaf etdirmək çox vacibdir. Valideynlər bu məsələyə ciddi yanaşmalı və uşaqlarda əl yuma vərdişini inkişaf etdirməlidirlər.
Yuyulmayan və çirkli əllərdə daha çox mikrob olduğu üçün göz və ətrafına təmas olduqda mikroblar bura yerləşir, bu isə bir çox xəstəliyə, xüsusən də göz iltihabına səbəb ola bilər. Həm uşaqlar, həm də böyüklər bu mövzuda həssas olmalı və gün ərzində əllərini tez-tez yumalıdırlar.
Digər bir amil isə linzalardan istifadə edilərkən nəzərə alınmayan gigiyena qaydalarıdır. Həm gözdəki refraktiv qüsurlar səbəbiylə, həm də estetik məqsədlər üçün istifadə olunan linzaların, istifadə edilmədən qabaq linza suyu ilə hərtərəfli təmizlənməsi və təmiz əllərlə taxılması çox vacibdir. Bu prosedurlara diqqət edilməyən mühitlər göz qapaqlarının iltihabına daha çox meyllidir.
Bundan əlavə, gün ərzində makiyajın silinməməsi və uzun müddət dəridə qalması da göz iltihabına səbəb ola bilər. Bir çox kimyəvi maddədən ibarət olan bu məhsullar dərimizdəki yağ və ətrafdakı toz hissəcikləri ilə birləşərək göz iltihabına və hətta diqqət edilmədiyi təqdirdə daha da ciddi göz xəstəliklərinə səbəb ola bilər. Bu səbəbdən yatmadan əvvəl makiyajın mütləq təmizlənməsi və gözü bol su ilə yumaq çox vacibdir.
Göz qapağı iltihabı müalicəsi
Göz qapağı iltihabı ev şəraitində asanlıqla müalicə olunan, lakin təkrarlana bilən bir xəstəlikdir. Müalicə zamanı hər gün mütəmadi olaraq, isti, nəmli və təmiz parça və ya pambıq ilə göz qapağına və kirpik diblərinə edilən yüngül bir masajla kirpik dibinin təmizlənməsi vacibdir. Bu prosedur gündə 2-3 dəfə, 5 dəqiqə olmaqla tətbiq olunmalı və kirpik dibləri şam ağacı ekstraktlı xüsusi şampunlarla təmizlənməlidir. Əksər xəstələr bu xəstəliyin təkrarlanmaması üçün ömür boyu gündəlik təmizlik prosedurunu davam etdirməlidirlər. Bundan əlavə oftalmoloq tərəfindən təyin ediləcək antibiotik kremlər və ya steroid göz damlaları da ağırlaşmaların qarşısını almaq və xəstəni rahatlatmaq üçün çox böyük əhəmiyyətə malikdir. Göz quruluğu olduğu təqdirdə də, göz yaşı damlaları yenə oftalmoloq tərəfindən tövsiyyə edilir.
478 views