Almaniya Ukraynaya 600 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edib-Özəl

Sosialmedia.az xəbər verir ki , Almaniya kansleri Olaf Şolz bəyan edib ki, Almaniya Ukraynaya 600 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edib. Paketə beşinci IRIS-T sistemi, tanklar, haubitsalar, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.

 

İlin sonuna qədər Almaniya tərəfdaşlarının dəstəyi ilə 1,4 milyard avro dəyərində əlavə paket təqdim edəcək. Bu paketə hava hücumundan müdafiə sistemləri, IRIS-T bölmələri, Gepard özüyeriyən artilleriya, zirehli texnika, döyüş pilotsuz uçan aparatları, radarlar və döyüş sursatları daxildir.

212 views