XİN: Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub.
Sosialmedia.az xəbər verir ki , bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.
“Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında yaralanan daha bir Azərbaycan vətəndaşı. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanına çevrilməsinə baxmayaraq Ermənistan düzgün mina xəritələrini təqdim etməkdən imtina etməyə davam edir ki, bu da ölkənin sülh və normallaşma prosesində iddia edilən səmimi iştirakına ziddir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”.
189 views