ABŞ dünyanı savaş meydanına çevirir

Dünyanın yenidən formalaşması adı altında Qərb müxtəlif regionlarda hərbi baza, orta və qısamənzilli raketlərin yerləşdirilməsi prosesinə başlayıb.
Hələ aprel ayında ABŞ-ın Sakit okeandakı Quru Qoşunlarının komandanı, general Çarlz Flinn mediaya müsahibəsində bu məsələyə toxunmuşdu.
“ABŞ Çinin qarşısını almaq üçün tezliklə Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. ABŞ-ın Çinin raket imkanlarının modernləşdirilməsinə qarşı çıxış yolunu tapmaq son dərəcə vacibdir. Biz Hind-Sakit okean regionunda müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi və tezliklə bu cür raketləri regionda yerləşdirməyi planlaşdırırıq”-deyə, Çarlz Flinn müsahibəsində deyib.
Ekspertlər hesab edir ki, ABŞ-ın Avropa və Asiya-Sakit Okean regionunda orta və qısa mənzilli raketlərin yerləşdirilməsi üzrə planı və bu fəaliyyətin Avropa ölkələrinin özlərinin və Asiya-Sakit okean regionunun təhlükəsizliyinə mənfi təsirlər edəcək.
Məlumat üçün bildirək ki, Birləşmiş Ştatlar Asiya-Sakit okean regionunda 200-dən çox hərbi təsisat və 400 mindən çox hərbi qulluqçu yerləşdirib. Bu məlumat bir neçə il əvvələ aid olduğu üçün hazırda bu rəqəmlərin daha çox olduğunu demək mümkündür.
5 il əvvəl Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında da bu məsələ gündəmə gəlmişdi və ABŞ-ın bu fəaliyyətinin gələcək dünya üçün ciddi təhlükə vəd edir. Bu gün bir çox regionlarda müharibə var və maraqlıdır ki, müharibənin bir tərəfi mütləq mənada ABŞ-dan dəstək alır. Bu isə müharibələrin uzunmüddətli davam etməsinə şərait yaradır. ABŞ isə bundan maraqlıdır.
Digər tərəfdən ABŞ həm də əvvəlki razılaşmaları pozur. Belə ki, əvvəllər, SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Qüvvələri haqqında Müqavilənin müddəalarına uyğun olaraq, Vaşinqton 500-dən 5500 km-ə qədər məsafədə yerüstü ballistik raketləri, qanadlı raketləri və raket buraxılış sistemlərini yerləşdirə bilməzdi.
Lakin ABŞ-ın keçmiş Pezidenti Donald Tramp 2019-cu ildə Rusiyanın müqaviləni pozduğunu əsas gətirərək sazişdən çıxıb.

11630 views