Sosialmedia.az xəbər verir ki , İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verib ki, dünən İranın Ciroft, Qum, İsfahan və Məlayir şəhərlərinin həbsxanalarında daha 10 məhbus dar ağacından asılıb.
Bildirilib ki, məhbusların 8-i “qəsdən adam öldürmək”də, digər ikisi isə “narkotik qaçaqmalçılığı”nda günahlandırılıb.
Zahidanda ölüm hökmünə məhkum edilən bir məhbusun isə edam cəzasından azad edildiyi açıqlanıb.
Qeyd olunub ki, İran zindanlarında bu il edamların sayı 600 nəfərə çatıb.
175 views