8 ay ərzində 100 min müraciət: Direktor danışdı-Özəl

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının nəzdində 3 ailə sağlamlıq mərkəzi, 30 tibb məntəqəsi və 5 həkim məntəqəsi fəaliyyət göstərir, ümumilikdə isə burada 126 həkim, 407 orta tibb işçisi, 367 qeyri-tibb işçisi olmaqla 900 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 165-dır”.

Sosialmedia.az xəbər verir ki, bunu Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov tibb müəssisəsinə təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, 2024-cü ilin yanvar-avqust aylarında tibb müəssisəsinə müraciət edən xəstə sayı ümumilikdə 95 min 24-ə çatıb:

“Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, hemodializ şöbələri, laboratoriya fəaliyyət göstərir. 2024-cü ilin ilk 9 ayında isə ambulator xidmət 190 min 291-ə, stasionar xidmət 3 min 986, təcili tibbi yardım xidməti 23 min 951-ə çatıb. Həyata keçirilən əməliyyatların ümumi sayı 3110, doğum sayı 530, radioloji xidmətlərin sayı 63 min 756, laborator xidmətlərin sayı isə 213 min 512 olub”.

520 views