Donetsk vilayətinin Oleksiyevo-Drujkivka şəhərində ruslar poçt obyektinə hücum edib-Özəl

Sosialmedia.az xəbər verir ki , Donetsk vilayətinin Oleksiyevo-Drujkivka şəhərində ruslar poçt obyektinə hücum edib, nəticədə iki nəfər ölüb.

 

Həlak olanlar 19 yaşlı poçt işçisi və 21 yaşlı gəncdir. Digər 37 yaşlı kişi partlayış nəticəsində xəsarət alıb və hazırda xəstəxanadadır. Mütəxəssislər hazırda dağıntıları təmizləyir və hücumda istifadə olunan silahın növünü müəyyən etməyə çalışırlar.

222 views