“Vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir”.
Sosialmedia.az xəbər verir ki, bunu Qəbələyə mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O bildirib ki, 2024-cü ilin 9 ayı ərzində TƏBİB-in Vətəndaş müraciətləri şöbəsinə 20134 müraciət daxil olub:
“Onlardan 10791 ərizə (ümumi daxil olanların 53,59 %-i), 9318 şikayət (ümumi daxil olanın 46,27 %-i), 25 təklif (ümumi daxil olanın 0,12 %-i) təşkil edib. Sosial media platformalarından daxil olan müraciətlərin sayı isə 2050-dir”.
506 views