Sosialmedia.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “its.gov.az” saytının yenilənmiş versiyası təqdim edilib.
Təqdimat mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, dövlət tibb müəssisələrinin direktorları, Rəqəmsal İnkişaf Agentliyinin, media və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun yenilənmiş saytında daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu vurğulayıb: “Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir: indi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür”.
1630 views