Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib-Özəl

Sosialmedia.az xəbər verir ki , Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında İstedadlı əlillər ictimai birliyinin sədri Qubad Qasımov, İstedadlı Əlillər İB.Abşeron Rayon Filialının sədri Ramin Binnətov və üzvləri, Abşeron Rayyon Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının üzvləri, Abşeron Rayon İcra Hakimiyyəti nümayəndələri,Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şurananın Sədri,Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova və üzvləri,habelə, qazilər və həssas əhali qruplarından olan digər şəxslərin iştirak etdikləri aksiyada 50-dən artıq ağac əkilib.

Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, bu cür ekoloji aksiyaların keçirilməsi ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də cəmiyyətin hər bir üzvünü ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləmək məqsədi daşıyır.

419 views