COP29 günlərində avtomaşınların Bakıya giriş rejimi dəyişdirilir-Özəl

Sosialmedia.az xəbər verir ki , Şıxov istiqamətində şəhərə gələn nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığındakı postdan Bakı kənar-dairə yoluna yönəldiləcək. Oradan Badamdar, Yasamal və Şamaxinka istiqamətində xüsusi qurulan postlardan fasilələrlə buraxılacaq.

 

Şamaxı-İsmayıllı tərəfdən gələn nəqliyyat Müşfiqabad-Xocəsən yolundakı postlardan Şamaxinka və Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaq.

 

Quba-Sumqayıt istiqaməti üzrə nəqliyyat Sumqayıtın girişindəki postdan avtomobillər fasilələrlə buraxılacaq.

 

Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolundakı postdan fasilərlərlə buraxılacaq

207 views