Sosialmedia.az xəbər verir ki , Prezident: “Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.
Prezident bəzi Qərb siyasətçilərinin ikiüzlülük və riyakarlıq etdiyini bildirib:
“Bizi qaz istehsalına görə tənqid edirlər. Məhz 2 il əvvəl Avropa Komissiyasının rəhbəri Bakıya gələrək enerji təhlükəsizliyi üçün müqavilə imzalamağı, onlara kömək etməyimizi istədi. Həmin sənəddə 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması nəzərdə tutulur. Lakin təəssüflər olsun ki, bu gün bəzi siyasətçilər ikiüzlülük və riyakarlıq edirlər və bizi neft ölkəsi adlandırırlar. Əllərindəki bütün resurslardan istifadə edərək COP29-u boykot çağırışı edirdilər”
171 views