Ceyhun Bayramov: “Azərbaycan heç vaxt iqlim mövzusunu digər Azərbaycan-Fransa arasında olan münasibətlərə qarışdırmır.
Sosialmedia.az xəbər verir ki , bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər.
Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi Fransanın iştirak etməməsi bu artıq onların öz seçimidir”.
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil.
Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur.
Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb.
124 views