“Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi üzrə mühüm addımlar atılır” – QHT sədri-Özəl

“Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi qorunur və cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində bir çox işlər görülür”.

 

Bu fikri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova Sosialmedia.az-a özəl açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan şəxslər üçün müyəssər şəraitin yaradılması, (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu) inklüzivlik imkanlarının yaradılması sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı vəziyyətin araşdırılması (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq) yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi istiqamətində mühüm addımların atılması gözlənilir:

 

“COP 29 tədbirlərində əlilliyi olan şəxslərin iqlim dəyişkənliyindən qorunması üçün tədbirlər həyata keçirilib. Bu tədbirlər gələcəkdə əlilliyi olan şəxslərin yer kürəsində baş verən dəyişikliklərə qarşı öz töhfələrini verə bilməsi, həmçinin sağlamlığın qorunması, əmək qabiliyyəti olan şəxslərin məşğulluğu və onların təhsil imkanlarının artırılması istiqamətində mühüm addımları əhatə edib. Bununla bağlı müəyyən qanunvericiliklər və konkret qərarlar qəbul edilib”.

36 views