Fəhmin Hacıyevin Qərblə oxşar mövqeyi

Müxtəlif vaxtlarda hakimiyyətdə olan məmurlar var. Onlardan biri Daxili Qoşunların keçmiş komandiri Fəhmin Hacıyev idi. Fəhmin Hacıyev Rusiya ilə münasibətlərə görə Azərbaycana qarşı müxtəlif iddialar səsləndirib. Bu gün də eyni yolla gedir. Hacıyev ötən ilin yanvarında YouTube kanallarından birinə müsahibəsində Azərbaycana əhəmiyyətsiz baxışlarını bildirib və hazırkı hakimiyyətin Rusiya xüsusi xidmət orqanlarının əli ilə yaradıldığını iddia edib.
Daha sonra Rusiyanı hədəf alır və populist fikirləri ilə divident qazanmağa çalışır.
F. Hacıyev zaman-zaman bu cür uydurmalarla əlaqədə qalmağa və xidmət etdiyi mərkəzlərin sifarişlərini yerinə yetirməyə çalışır. Ancaq cəmiyyət onun nüfuzundan yaxşı xəbərdar olduğundan, dediklərinin sifariş olduğunu bilir.
Bu gün o, internet-TV vasitəsilə yayımlar edərkən Azərbaycana qarşı çıxış edir, öz radikal mövqeyini nümayiş etdirir.
O, Azərbaycanı Rusiyanın təsiri altında olmaqda ittiham edir, eyni zamanda, rəsmi Moskva ilə bağlı müxtəlif fikirlər söyləyir. Bununla da o, Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışır. Hərbi ekspert kimi sosial platformalarda təxribatçı fikirlərlə yayımlar edərək bəzi dairələrin əmrlərini yerinə yetirir.
Fəhmin Hacıyevin uzun illər sıralarında olduğu partiyalar da hazırda radikal mövqelərdən çıxış edir, Qərbin Azərbaycana münasibətini dəstəkləyirlər. Məlumdur ki, son günlər ABŞ konqresmenləri Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflər verirlər. Bu təkliflər Azərbaycana birbaşa təzyiq mexanizmidir. Təəssüf ki, Fəhmin Hacıyev kimi şəxslər bu məsələdə Qərblə eyni mövqe tuturlar.
Fəxmin Hacıyev bəzən də loyal fikirlər söyləyirdi. Lakin Qərb dairələri Azərbaycana qarşı hərəkətə başlayanda onun leksikonu da dəyişir və ABŞla eyni mövqeyi bölüşür. Səbəb aydındır, sifarişlər bir mərkəzdən gəlir.

 

15 views