QHT sədri eşitmə məhdudiyyətli gəncin uğurundan danışdı – FOTOLAR-Özəl

3 dekabr Beynəlxalq Əlillər Günüdür.

Sosialmedia.az xəbər verir ki , əlilliyi olan şəxslər fiziki məhdudiyyətindən asılı olmayaraq cəmiyyətimizin ən həssas təbəqəsi olaraq cəmiyyətdə digər vətəndaşlar kimi eyni hüquqa malikdirlər. Dünyada olduğu kimi Azərbaycanda da bir çox peşələrin peşəkarı, sənətkarı elə fiziki məhdudiyyətli şəxslırdir. Bu gün Sizə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin üzvü Mirzəzadə Sənan haqqında məlumatı paylaşmaq istərdim. Bunu paylaşmaqda məqsəd , digər məhdudiyyətli şəxslərə bir motivasiya və özlərinə inam hissini yaratmağa dəstəktir. Bir eşitmə məhdudiyyətli gəncin uğuru onu Amerikaya qədər apardı. O, Azərbaycanda yeganə eşitmə məhdudiyyəti olan gəncdir ki, İT sahəsində uğur hekayəsi var. Sənan kiçik yaşlarından bizim İctimai Birliyin üzvü olmasına baxmayaraq onun bütün çətinliklərini öz üzərinə götürmüş güclü və iradəli valideyinləri var. Sənanın anası lap kiçik yaşlarından onu komputerə olan marağını daha da artırmaq məqsədi ilə onu müxtəlif təlimlərə qoşdu. Beləliklə o, İnformasiya Texnologiyalarına xüsusi həvəs və marağı olduğu üçün 2019-cu il tarixdə “STEP İT Kids Academy”-ə daxil olmuş, 2022-ci ildə ildə həmin akademiyadan məzun olaraq “IT” biliklərə yiyələnmiş , bu sahədə yaradıcı təfəkkürünü inkişaf etdirmiş və rəqəmsal bacarıqlara yiyələnmişdir. “Kibertəhlükəsizlik Platformasında” “Ethical Hacker” “L1” və “L2” səviyyəsi üzrə təhsil almişdır. Milli AbilimpiyaFederasiyasının təşkil etdiyi Milli Abilimpiya Çempionatında “IT” sahəsi üzrə iştirak edərək III yerin qalibi olmuşdur.Medal,diplom və sertifikata layiq görülmüşdür.

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkil etdiyi XII könüllülük-təcrübə proqramında iştirak etmişdir. “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası”-nın (AKTA) təşkilatçılığı ilə 24-29 iyul 2023-cü il tarixdə keçirilmiş “Cyber Summer School-2023” yay düşərgəsinə qatılmışdır. Bu düşərgədə Azərbaycan, İsrail, Türkiyə, Qazaxıstan, Özbəkistan və Türkmənistandan qatılmış ingilis dili və informasiya texnologiyaları üzrə bilikləri olan yeniyetmələrlə birlikdə iştirak hüququ qazanmışdır.

“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası”-nın təşkilatçılığı ilə Kibertəhlüləsizlik Akademiyasının “Ethical Hacker” ixtisasının tələbəsi olaraq müxtəlif tədbirlərdə iştirak edib. Ötən il ölkənin böyük kibertəhlükəsizlik şirkəti olan “PROSOL” və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə təşkil etdiyi “Beynəlxalq Kibertəhlükəsizlik Günləri”-nə həsr edilmiş “Rəqəmsal İqtisadiyyatlar və Kibertəhlükəsizlik” adlı konfransına qatılmışdır. lCSD2023 Kiber Təhlükəsizlik Platforması, Bakı Gənclər Mərkəzi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə təkil olunmuş “Kiber Kafe-2023” kibertəhlükəsizlik şəxsi inkişaf və təlim proqramında iştirak etmişdir.

Sənanın ən böyük uğurlarından biri də 8 aylıq təhsil proqramının (proqramlaşdırma, mexanika, elektronika və 3D Fusion) sonunda “Humaquşu fondunun” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə ABŞ-ın San Diego şəhərində NASA-nın ideya rəhbəri olduğu “First Robotics Competition” yarışına Azərbaycanı təmsil etməsi olub. O, “Mechack9030” komandasının tərkibinən qatılmış, 2024-cü ilin mart ayında 4 gün davam edən yarışda böyük motivasiya və əzmlə mübarizə apararaq, ölkəmizin himnini ABŞ-da qururla səsləndirmişlər. Eyni zamanda “Silikon Vadisi -nə texnololi səyahət edərək Google, Apple, İntel və digər şirkətlərdən bilgilər əldə etmiş, Stanford və UCLA universitetlərində workshop da iştirak edərək NASA nın beynəlxalq sertifikatına layiq görülüblər. Bun il isə Elm və təhsil Nazirliyinin, COP29 sədrliyinin dəstəyi, STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına “MecHack 9030” komandası olaraq ABŞ-ın Kosmik Agentliyi olan NASA-nın FRC yarışına qatıldıqları robotla iştirak edib. Nəzərinizə çatdırmaq istərdik ki, Sənan Azərbaycanda 24 nəfərdən ibarət komandanın tərkibində yeganə eşitmə və nitq məhdudiyyətli gəncdir. Gəncimizə daha böyük uğurlar arzulayırıq. Bütün məhdudiyyətli övladı olan analara inamlı, güclü və iradəli olmağı, məhdudiyyətli gənclərə isə pozitiv ruh, məqsəd və məqsədə doğru irəliləməyi arzulayırıq.

 

Cəmilə Çingizqızı

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri

333 views