Paşinyanın uğursuz diplomatik gedişləri yenidən gündəm olub-Özəl

Sosialmedia.az xəbər verir ki , Paşinyanın uğursuz diplomatik gedişləri yenidən gündəm olub

O hər il Suriyanın keçmiş lideri Bəşər Əsədə ölkənin Milli Günü münasibətilə təbrik məktubları göndərib.

Paşinyanın məktubunda bildirilir ki, Ermənistan hökuməti Suriya hökuməti ilə ikitərəfli əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir:

“Sizin Suriyada sülhün və dialoqun bərqərar edilməsi üzrə səyləriniz ölkədə mövcud böhranın aradan qaldırılmasına kömək edəcək” – Paşinyanın Bəşər Əsədə yazdığı məktubda bildirilib.

Bundan başqa, Paşinyan məktublarında Suriya liderinə “Ölkənizin üzləşdiyi problemlərin həllinə töhfə verməyə hazırıq”- kimi ifadələr də işlədib.

34 views