Sosialmedia.az xəbər verir ki, üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək.
Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək.
Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək.
187 views