Sosialmedia.az xəbər verir ki , Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.
Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.
Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. Məhz Sübhan Bəkirovun dövründə 1-ci dərəcəli kapitan Şahin Məmmədov öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb. 12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov bu il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.
106 views