Xırdalandakı partlayışda xəsarət alanların vəziyyəti açıqlandı-Özəl

Sosialmedia.az xəbər verir ki , Xırdalanda yaşayış binasında güclü partlayış olub, nəticədə dörd nəfər xəsarət alıb.

Bildirilib ki, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

17 views