Berdyanskda avtomobil partlayıb-Özəl

Sosialmedia.az xəbər verir ki , Berdyanskda avtomobil partlayıb, şəhərin işğal şurasının rəhbəri deyilən Vasil Neşet yaralanıb.

 

Hadisə barədə ilk olaraq Mariupol merinin müşaviri Petro Andriuşşenko məlumat verib.

 

Berdyansk Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Nikolay Matviyenko Suspilne-ə açıqlamasında Neşetin partlayış nəticəsində yaralandığını təsdiqləyib.

 

Berdyanskın işğalından əvvəl Neşet şəhərin mədəniyyət mərkəzinə rəhbərlik edirdi. Daha sonra o, Rusiya nəzarətinin qurulmasına köməklik göstərmiş, “Vahid Rusiya” partiyasına qoşulmuş və işğal şurasının rəhbəri təyin edilmişdir. Ukraynada o, əməkdaşlıqda ittiham olunur.

52 views