BMT təyyarə qəzasına görə başsağlığı verib -Özəl

Sosialmedia.az xəbər verir ki, “Baş katib Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbərindən dərindən kədərləndirib”.

 

▪Bu barədə BMT Baş katibinin sözçüsünün müavini Stefani Trembleyin AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar bəyanatında deyilir.

 

▪Bildirilir ki, Baş katib həlak olanların ailələrinə və zərər çəkmiş ölkələrə dərin hüznlə başsağlığı verir. “Baş katib həmçinin, bu faciəvi hadisədə yaralananların tez və tam şəkildə sağalmasını arzulayır”,- deyə bəyanatda qeyd edilir.

36 views