Sosialmedia.az xəbər verir ki , bu gün İrəvan-Tehran reysi Təbriz hava limanına təcili eniş edib.
Məlumata görə, “Caspian Airlines” aviaşirkətinin İrəvandan Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanına gedən 7950 saylı reysi texniki nasazlıq səbəbindən Təbriz hava limanına eniş etməli olub.
Qeyd olunub ki, təyyarədə 92 sərnişinib olub. Onların səhhətində isə heç bir problem yoxdur. Bildirilib ki, sərnişinlər texniki nasazlıq aradan qaldırıldıqdan sonra uçuşun davam etməsini təyyarənin içərisində gözləyirlər.
67 views