Ukrayna Müdafiə Qüvvələri 15 mindən çox rus hərbçisini məhv edib-Özəl

Sosialmedia.az xəbər verir ki , Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Kursk əməliyyatı zamanı Ukrayna Müdafiə Qüvvələri 15 mindən çox rus hərbçisini məhv edib.

 

Ümumilikdə bölgədə düşmən itkiləri 38 minə (ölən və yaralanan) çatıb. Bundan əlavə, 860 rus əsgəri əsir götürüldü.

 

Bölgəyə göndərilən 12 min Şimali Koreya əsgərindən 4 mini zərərsizləşdirilib.

 

Rusiya ordusu da əməliyyat zamanı 104 tank, 575 zirehli döyüş maşını, 330 artilleriya sistemi, 1 təyyarə, 3 helikopter və digər texnikanı itirib.

37 views