Qazaxıstanın cənubunda çəkisi 6 kq-dan çox olan uşaq dünyaya gəlib-Özəl

Qazaxıstanın cənubunda çəkisi 6 kq-dan çox olan uşaq dünyaya gəlib.

Sosialmedia.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Jambıl vilayətinin sakini Aygerim Tukeyeva ilk dəfə ana olub, həkimlər uşağın çəkisi ilə əlaqədar uğurlu qeysəriyyə əməliyyatı aparıblar. Dünya təcrübəsində belə körpələr nəhəng adlanırlar”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, körpə və ana özlərini yaxşı hiss edir və doğum evindən çıxmağa hazırlaşırlar.

24 views