Sosialmedia.az xəbər verir ki , Macarıstanın xarici işlər naziri Peter Siyarto eyham edib ki, Budapeşt enerji tranzitinin dayandırılması səbəbindən Ukraynanın Aİ-yə yolunu bağlaya bilər.
O, Ukraynanın Aİ ilə assosiasiya sazişindən irəli gələn “öhdəliklərinə” işarə edib ki, bura “nəqliyyat marşrutlarını təmin etməklə Aİ-nin enerji təhlükəsizliyinə töhfə vermək” daxildir.
“Reallıq ondan ibarətdir ki, Aİ-yə üzv dövlətlər kollektiv şəkildə və yekdilliklə yeni üzvlərin qəbulu ilə bağlı qərar qəbul edirlər… Ona görə də qaz və ya neft marşrutlarının bağlanması qəbuledilməzdir və Aİ-yə inteqrasiya ilə bağlı gözləntilərə ziddir”, – deyə macar nazir yekunlaşdırıb.
33 views