Ermənistan Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra separatizmə son qoymaq, işğalçı siyasətini dayandıraraq sülh üçün addımlar atmaq haqqında düşünməkdənsə, yenidən silahlanmağa başlayıb. Bu məsələdə Qərb ölkələri və Hindistanın xüsusi canfəşanlıq etməsi Cənubi Qafqaz üçün prespektivdə ciddi təhlükədən xəbər verir.
Sosialmedia.az xəbər verir ki, 2024-cü ilin aprelin 5-də Brüssel keçirilmiş görüşündə rəsmi elan edilməsə də, 6 saatlıq qapalı danışıqlarda Avropa Birliyi (Fransa) və ABŞ Ermənistanla hərbi pakt imzalayıb. İmzalanan sənəd isə adıçəkilən ölkələrin Ermənistana silah verməsini ehtiva edir.
Hazırda Ermenistan NATO silahları (HHM, Qısa ve orta menzilli zerbe raketleri) ile feal şekilde silahlanır. NATO telimçilerinin Zaqafqaziyada keşfiyyat tapşırıqları üçün iştirak etdiyi dünya ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilir. Xüsusilə də son 2 ildə Ermənistan Avropa İttifaqının müşahidəçiləri adı altında keçmiş hərbçilər, kəşfiyyatçılar və yüksək rütməli hüquq-mühafizə əməkdaşlarından ibarət qrupları öz ərzisinə dəvət etməsi Qərbin Qafqaz planının tərkib hissəsidir. Bu planın digər istiqaməti isə Ermənistanı sürətlə silahlandırmaqdır. Bu prosesdə Hindistanda xüsusi aktivlik nümayiş etdirir.
Məsələn, Hindistan Ermənistana eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların satır. Onlar “Akaş” hava hücumundan müdafiə kompleksi, “ATAGS” haubitsaları, “MArG 155” özüyeriyən haubitsalardır. Ümumi olaraq on 2 il ərzində Ermənistan Hindistandan 78 ədəd ATAGS artilleriya sistemi alıb.
Fransa isə “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemini Ermənistana verib. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir.
Məlumatlara görə, Qərb ölkələri bu ilin iyul-avqust aylarında Ermənistana SEZAR artilleriya qurğuları, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri ilə yanaşı, R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3″ tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ istehsalı olan 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri verib. Silahların Ermənistana təhvil verilməsini isə Fransa həyata keçirib.
Yunanıstan isə Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket kompleksləri verib.
Göründüyü kimi, Qərb Ermənistanı silahlandıraraq bölgənin altına sanki mina qoyur. Yaranışı və bu günə gəlib çıxmasını Rusiyaya borclu olan Ermənistan bu gün rəsmi Kremlin dediklərini sanki eşitməzdən gəlir.
Rusiyalı ekspertlər də Ermənistanın bu davranışının böyük təhlükələr vədd etdiyini vurğulayır. Məsələn, rusiyalı hərbi-siyası analitik Yevgeni Mixaylov mətbuata verdiyi açıqlamada deyir ki, Avropa İttifaqı, xüsusi ilə Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə cəhd edir.
“Ermənistanda Ukrayna ssenarisi təkrarlana bilər. İrəvanı Kiyevin taleyi gözləyir. Qərb Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz regionunda, Rusiya Federasiyasının sərhədləri yaxınlığında münaqişə ocağı yaratmaq istəyir”-deyə, Yevgeni Mixaylov açıqlamasında qeyd edir.
Sonda onu da qeyd edək ki, Qərb müxtəlif fondler vasitəsilə də Ermənistanı silahlandırır.
Xatırladaq ki, Avropa İttifaqı Şurası iyulun 22-də Avropa Sülh Fondundan (EPF) Ermənistan ordusuna 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Eyni zamanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artırıb. Bu və digər bu kimi Qərb təsisatlarının Ermənistana “yardım” adı ilə ayırdığı milyonların silah alınmasına xərclənməsi isə heç kimə sir deyil.
10152 views