Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur-Özəl

Sosialmedia.az xəbər verir ki , bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədi ilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar. Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata onlardan heç bir xəbər yoxdur.

Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparırlar.

39 views